"ABŞ və tərəfdaşları ötən sutka ərzində Əfqanıstandan 19 min nəfəri təxliyyə edib”.
7NEWS.Az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts öz tvitter hesabında paylaşıb.
"24 saat ərzində Əfqanıstandan 19 000 min nəfər təxliyyə olunub. Avqustun 14-dən bu yana 82,3 min nəfəri və iyuldan etibarən isə 87,9 min nəfəri təxliyyə etmişik”, - deyə E.Beyts məlumatda qeyd edib.
7NEWS.Az








