RU
lombard
ABŞ: Əşrəf Qani Kabili tərk edərək razılaşmanı pozdu
23:10
874

ABŞ: Əşrəf Qani Kabili tərk edərək razılaşmanı pozdu

ABŞ Əfqanıstandakı mövcud vəziyyətlə bağlı sabiq prezident Əşrəf Qanini ittiham edib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qaninin ani gedişinin Talibanın Kabilə girməməsi və siyasi keçid müzakkrələrinin təşkilini nəzərdə tutan razılaşmanı pozduğunu deyib.
Nümayəndə Talibanın əvvəlcədən 2 həftə ərzində paytaxtdan xaricdə qalmağı və gələcəkdəki hökuməti formalaşdırmağı qəbul etdiyini bildirib:

"Ən son anda belə Kabilə girməmələri üçün Talibanla razılaşmamız var idi”.
Z.Xəlilzadın sözlərinə görə, Əşrəf Qani ölkədən çıxdıqdan sonra Taliban ABŞ qüvvələrinin Kabilin təhlükəsizliyini təmin edib edə bilməyəcəyini sorğulayıb:

"Sonra nə olduğunu bilirsiniz, məsuliyyəti qəbul edə bilməyəcəkdik”.
Açıqlamada həmçinin qeyd edilib ki, ABŞ hərbi qüvvələri Kabildə qalmağa davam etsəydi, Talibanın hücumuna mərzu qalacaqdı./olke

7NEWS.Az 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ