7News.az xəbər verir ki, ABŞ-ın Nevada ştatında yerləşən Las-Veqas şəhəri əvvəlcə toz fırtınasının, ardınca isə güclü yağışların təsirinə məruz qaldı. Güclü küləklərin gətirdiyi toz buludu görmə məsafəsini məhdudlaşdırdığı halda, ardınca yağan şiddətli yağışlar yolları qısa müddətdə gölə çevirdi. Daşqın suları avtomobilləri aparıb, qonşu Henderson şəhərində isə xilasetmə əməliyyatına cəlb olunan bir nəfər həyatını itirib.








