RU
ABŞ hərbi qüvvələri Xəzərdə yerləşdirilib? - Qazaxıstandan açıqlama
16:52
812

ABŞ hərbi qüvvələri Xəzərdə yerləşdirilib? - Qazaxıstandan açıqlama

Qazaxıstan hökuməti ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, informasiya və kommunikasiya naziri Dauren Abayev bəyan edib ki, Qazaxıstan regionda xarici hərbi bazaların mövcudluğuna yol verməz.

D.Abayev amerikalı hərbçilərin regionda olması ilə bağlı yayılan xəbərləri saxta adlandırıb.

 

Nazir xatırladıb ki, Aktau Konvensiyası Xəzər dənizində qeyri-Xəzər ölkələrinin silahlı qüvvələrinin mövcudluğunu, həmçinin onların gəmilərinin üzməsini qadağan edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ