ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə Kanadanın Baş naziri Castin Trudo ilə danışıb.
İki ölkə rəhbəri İŞİD terror təşkilatı ilə mübarizə məsələsin müzakirə ediblər. Bu barədə Ağ Evin mətubat xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, hər iki dövlət terrorçuların ərazisini bombalamaq niyyətindədir.
"Biz qanun çərçivəsində əlimizdən gələni edəcəyik ki, İŞİD terror təşkilatı tamam məhv olunsun. Terrorçuları yer üzündən silməyə çalışırıq”, - deyə məlumatda bildirilib.
İki ölkə rəhbəri Orta Şərqdə vəziyyəti stabilləşdirməyə və terrorçuların məhv olunmasında birgə əməkdaşlığı gücləndirməyə qərar veriblər./olke.az
7news.Az








