RU
ABŞ ilk dəfə Avropada F-35 qırıcılarını yerləşdirəcək
22:15
321

ABŞ ilk dəfə Avropada F-35 qırıcılarını yerləşdirəcək

Rəsmi Vaşinqton ilk dəfə çoxfunksiyalı beşinci nəsil F-35A qırıcılarını Avropada dislokasiya edəcək. 

7news.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi general Herbert Karlayl məlumat verib.

"Qırıcıların Avropada yaz və ya yay aylarında yerləşdirilməsi gözlənilir. Əminəm ki, bu baş verəcək”, - agentlik Karlaylın sözlərindən sitat gətirir.

General bildirib ki, ABŞ həmçinin bu qırıcıları Sakit okean regionuna göndərməyi planlaşdırır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ