RU
ABŞ-ın 11 sentyabr hadisələrindən gördüyü iqtisadi zərər hesablanıb
19:30
2871

ABŞ-ın 11 sentyabr hadisələrindən gördüyü iqtisadi zərər hesablanıb

11 sentyabr 2001-ci il tarixli terror hücumları nəticəsində ABŞ-ın gördüyü maliyyə zərəri hazırkı qiymətlərlə 200 milyard dollardan artıqdır.

7NEWS.Az RBK-ya istinadən xəbər verir ki, Braun Universitetinin hesablamalarına görə, Nyu-Yorkda, Vaşinqtonda, Pensilvaniya ştatında törədilmiş həmin terror hücumlarının zərəri 55 milyard dollardır - dağılmış və zədələnmiş binaların bərpası 8 milyard dollara, dağıntıların təmizlənməsi 1 milyard dollara başa gəlib, 6 milyard dollar məbləğində avadanlıq və s. əmlak məhv olub.

Bununla yanaşı, özəl sektorun maliyyə zərəri 40 milyarddan 123 milyard dollaradək dəyərləndirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ