RU
ABŞ-ın Albukerke şəhərində atışma nəticəsində 4 polis yaralanıb
00:20
1283

ABŞ-ın Albukerke şəhərində atışma nəticəsində 4 polis yaralanıb

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində baş verən atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Bu barədə şəhər bələdiyyə başçısı Tim Keller özünün tviter səhifəsində yazıb.

Yerli "KRQE" televiziya kanalına görə, polis soyğunçuluğun qarşısını almağa çalışarkən atışma baş verib. İki hüquq-mühafizə əməkdaşı güllə yarası alıb, üçüncüsü güllə keçirməyən jiletlə güllədən qorunub, dördüncüsü isə şüşə parçaları ilə yaralanıb.

Artıq bir neçə şübhəlinin saxlanıldığı bildirilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ