ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində ölkənin ən yaşlı qadını ölüb.
Bu barədə "Associated Press" yazır.
Müxtəlif mənbələrə görə, Hester Ford adlı qadın 1904 və ya 1905-ci ildə anadan olub.
2020-ci ilin avqustunda qohumları onun 116 illik yubileyini qeyd ediblər, lakin uzunömürlü insanların siyahısını tutub yoxlayan Gerontoloji Tədqiqat Qrupunda qadının 115 yaşı olduğu ehtimal ehtimal edilib. Bu qrupun hesablamalarına əsasən, Ford 115 il 245 gün yaşayıb.
O, 14 yaşında ailə qurub və bir il sonra ilk övladını dünyaya gətirib. Fordun ümumilikdə 12 övladı, 68 nəvəsi, 125 nəticəsi və 120-dən çox kötükcəsi olub.
108 yaşınadək o, heç vaxt xəstəxanada olmayıb, öz evində heç kəsin köməyinə ehtiyacı olmadan yaşayıb və koronavirus pandemiyasından öncə hər ay kilsəyə gedib.
2020-ci ilin məlumatına əsasən, Hester Ford ağlı başında olan, özü yeyən və köməkçi alətin vasitəsi ilə gəzən qadın olub.
Uzunömürlülüyünün sirri barəsində soruşduqda isə qadın belə cavab verirdi: "Mən sadəcə düzgün yaşayıram, bu qədər".
Hester Fordun ölümündən sonra Nebraskadan olan Telma Satkliff və Kaliforniyadan olan Mariya Branyas Morera ən yaşlı amerikalılar adını qazanıblar. Hər ikisinin 114 yaşı var.









