RU
ABŞ-ın federal büdcəsi noyabrda rekord kəsirlə üzləşib
14:54
27

ABŞ-ın federal büdcəsi noyabrda rekord kəsirlə üzləşib


7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi verdiyi açıqlamada federal büdcə kəsirinin noyabr ayında əvvəlki illə müqayisədə 26% artaraq 314 milyard dollara çatdığını bildirib. İqtisadçılar büdcə kəsirinin 301,05 milyard dollar olacağını gözləyirdilər. Noyabrda federal gəlirlər əvvəlki ilə nisbətən 9 faiz, 23 milyard dollar artaraq 275 milyard dollara çatıb. Xərclər 18 faiz, 88 milyard dollar artaraq 589 milyard dollara çatıb. Artımın 25 milyard dollarını ABŞ hökumətinin borc faizləri ödəmələri təşkil edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ