RU
ABŞ-ın Kibertəhlükəsizlik Agentliyi İranı haker qrupunu himayə etməkdə günahlandırıb
18:40
128

ABŞ-ın Kibertəhlükəsizlik Agentliyi İranı haker qrupunu himayə etməkdə günahlandırıb

ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CİSA) və Federal Təhlükəsizlik Bürosu (FTB) İran hökumətini haker qrupunu himayə etməkdə günahlandırıb.

Bu barədə CİSA məlumat yayıb.

Bildirilib ki, iranlı hakerlər bu ilin aprelində ABŞ-ın adı açıqlanmayan federal hökumət agentliyinin şəbəkəsinə müdaxilə edib, kriptovalyuta generasiya proqramı quraşdıraraq şəbəkə şifrələrini oğurlayıblar.

"Bu ilin aprel ayında ABŞ-ın hökumət şəbəkələrindən birində şübhəli aktivlik qeydə alınıb. Hakerlər daxili şəbəkədə həssas "VMware Horizon Virtual Desktop" (VDI) serverinə giriş əldə ediblər. Daha sonra cinayətkarlar izləmə və kriptovalyuta mayninqi üçün proqram təminatı quraşdırıblar", - məlumatda deyilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ