ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.
7NEWS.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.
Görüşdə ABŞ prezidenti Co Baydenin Rusiya ilə sabit əlaqələr qurmaq niyyətinə uyğun olaraq ikitərəfli problemlər müzakirə edilib.
-----
ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə dəvət edilib.
Bu barədə TASS xəbər verib.
Səfirin XİN-ə nə üçün dəvət edildiyi barədə məlumat verilməyib.
C.Sallivan jurnalistlərə heç bir şərh vermədən XİN binasına daxil olub. Səfir daha sonra xidməti avtomobili ilə nazirlikdən gedib./report
7NEWS.Az








