Amerikanın bulud əsaslı proqram təminatı şirkəti "Salesforce”, işçi qüvvəsini yüzdə 10 azaltmaq qərarına gəldiyini açıqladı.
7NEWS.az xəbər verir ki, "Salesforce” CEO-su Marc Benioff, mövzu ilə bağlı şirkət işçilərinə yazdığı məktubda, iş mühitinin çətin olmağa davam etdiyini və müştərilərin satın alma qərarlarında daha ölçülü bir yanaşma tətbiq etdiyini bildirdi. Bu nöqtəyə necə gəldiklərini çox düşündüklərini ifadə edən Benioff, epidemiya zamanı gəlir artımlarının sürətlənməsi ilə həddən artıq çox insanı işə götürdüklərini və bunun hazırda üzləşdikləri iqtisadi tənəzzülə səbəb olduğunu qeyd etdi.
Şirkətin ixtisarla bağlı qərarının xərcləri 1,4 - 2,1 milyard dollar azaldacağı gözlənilir.
Qlobal iqtisadiyyatın yavaşlaması ilə bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da keçən il minlərlə insanı işdən çıxarmaq və ya yeni işə qəbulu dayandırmaq qərarına gəlib. Bu şirkətlər arasında "Meta” və "Amazon” kimi texnologiya sektorunda aparıcı şirkətlər də var idi.
7NEWS.az








