Bu barədə erməni politoloq İqor Muradyan deyib.
Onun sözlərinə görə, Bill Klinton administrasiyası dövründə hazırlanan bu plan, Corc Buşun zamanında da aparıldı.
"2001-ci ildə Qarabağ münaqişəsindən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi proqramları var idi. ABŞ həm təzyiq, həm də NATO-nun genişlənməsi üçün Qarabağ məsələsini qaldırmağı düşünürdü. Lakin Rusiya ağıllı davrandı və tələyə düşmədi”, - deyə o bildirib.
İ.Muradyan qeyd edib ki, Ki-Uest görüşündə bütün plan alt-üst oldu.








