RU
ABŞ-IN TƏMSILÇILƏR PALATASI RUSIYAYA QARŞI SANKSIYALARI LƏNGIDIR
14:00
391

ABŞ-IN TƏMSILÇILƏR PALATASI RUSIYAYA QARŞI SANKSIYALARI LƏNGIDIR

ABŞ-ın Təmsilçilər palatasında Respublikaçılar partiyasının nümayəndələrinin əksəriyyəti Rusiyaya qarşı sanksiyaların səsverməsini dayandırıb.

Bu barədə nüfuzlu "Associated Press" mətbu orqanı məlumat verib.

Bildirilir ki, Rusiyaya qarşı sanksiyaları ehtiva edən qanun layihəsi beynəlxalq məsələlər üzrə komitəyə ötürülüb. Burada isə onun məzmunu dəyərləndirilməlidir. Bununla yanaşı, əgər ABŞ Konqresinin aşağı palatası qanun layihəsini dəyişsə, və yeni məzmunda qəbul etsə, bu zaman Senatla mətni razılaşdırmaq üçün "siyasi alış-veriş" başlayacaq.

Senat isə bir müddət əvvəl Rusiyaya qarşı yeni sanksiyalara aid qanun layihəsini təsdiqləmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ