7NEWS.az xəbər verir ki, ABŞ seçkilərində qalib gələn Donald Tramp bütün transseksual əsgərlərin ordudan qovulmasına səbəb olacaq fərman verməyi planlaşdırır. Orduda olan təxminən 15 min transgender üzvün tibbi olaraq tərxis olunacağı və xidmətə yararsız elan ediləcəyi bildirilir. LGBTİ hərbçiləri və veteranları adından kampaniya aparan Amerika Müasir Hərbi Assosiasiyasının icraçı direktoru Reyçel Branaman, "Transseksual qadağanın həyata keçirilməsi ordunun hazırlığını zəiflədəcək" dedi.








