ABŞ Ticarət Nazirliyi Çinin 35 texnologiya şirkətinə və Yaponiyada yerləşən başqa bir təşkilata ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
ABŞ Ticarət Nazirliyinin müvafiq qətnaməsi cümə axşamı Federal Reyestrin elektron məlumat bazasına (ABŞ hökumətinin sənədlər toplusu) daxil olub.
"ABŞ hökuməti bu təşkilatların addımlarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olduğu qənaətinə gəlib”, - sənəddə deyilir./report
7NEWS.Az








