RU
ABŞ: İran Fars körfəzində ticarət gəmisini ələ keçirib
16:20
104

ABŞ: İran Fars körfəzində ticarət gəmisini ələ keçirib


ABŞ Hərbi Dəniz Qüvvələri İran İnqilab Keşikçiləri Qvardiyasının Fars körfəzində beynəlxalq sularda ticarət gəmisini zorla ələ keçirdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzində ticarət gəmisini ələ keçirdiyini açıqlayıb. ABŞ 5-ci Donanmasının sözçüsü komandir Tim Hawkins, ələ keçirilən gəminin qaçaqmalçılıq olduğunu düşündüyünü bildirdi. ABŞ Hərbi Dəniz Qüvvələrinin vəziyyəti izlədiyini və ələ keçirməyə müdaxilə etməmək qərarına gəldiyini bildirən Hawkings, ABŞ qüvvələrinin hazır vəziyyətdə olduğunu və Yaxın Şərqin kritik sularında dəniz nəqliyyatının naviqasiya qanuni hüquqlarını qorumağa hazır olduğunu qeyd edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ