7NEWS.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun Təl-Əvivə dəstəyini bir daha bəyan edərək, İranın İsrailin hücumlarına cavab verməməli olduğunu bildirib. Pentaqonun sözçüsü general-mayor Pat Rayder mətbuat konfransında İran və İsrail arasında artan gərginliklə bağlı açıqlama verib. Rayder, İranın qisas alacağına dair bir iddia irəli sürməyəcəyini ifadə edərək, "ABŞ hökuməti olaraq, İranın İsrailin hücumlarına cavab verməməsinin lazım olduğunu düşünürəm. Əgər onlar cavab verməyi seçsələr, əlbəttə ki, İsraili dəstəkləyəcəyik" dedi.








