RU
ABŞ komandanlığı Bakıda seminar keçirir
14:41
561

ABŞ komandanlığı Bakıda seminar keçirir

ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda "Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.

Bu barədə 7news.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ