RU
ABŞ Konqresi yaxınlığında bomba partladacağı ilə təhdid edən şəxslə danışıqlar aparılır
20:55
143

ABŞ Konqresi yaxınlığında bomba partladacağı ilə təhdid edən şəxslə danışıqlar aparılır

ABŞ hüquq-mühafizə orqanları əməkdaşları Konqres Kitabxanasının yaxınlığında avtomobilində bomba olması barədə təhdid edən sürücünün şəxsiyyətini müəyyən edib. Onun əlində partladıcı detonatorun olduğu bildirilir.

Bu barədə Kapitoli polisinin nümayəndəsi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin kişi bu gün səhər saatlarında qara rəngli avtomobillə Konqresə gəlib: "Həmin şəxs avtomaşında bomba olduğunu deyib, polis əməkdaşları onun əlində partladıcıya bənzər bir şey görüblər”.

Polis rəsmisi yaxınlıqdakı bəzi binaların boşaldıldığını və Konqres işçilərinin isə tətildə olduğunu bildirib: "Danışıqlar davam edir”.

Şübhəli şəxsin kimliyi müəyyənləşdirilsə də, hadisənin motivləri və bir çox detallar hələlik məlum deyil./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ