RU
ABŞ polisi evində 309 heyvan olan qadını həbs edib
13:50
35

ABŞ polisi evində 309 heyvan olan qadını həbs edib


ABŞ-ın Florida ştatında bir qadının evindən 309 heyvan tapılıb. Müəyyən edilib ki, evdə ammonyak miqdarı "ölümcül” səviyyədədir. Polis qadını heyvanlara baxımsızlıqda və yaşlılara laqeyd münasibətdə ittiham edərək həbs edib.

7NEWS.az xəbər verir ki, 48 yaşlı Lisa Lacharite Frostproof şəhərindəki evində 164 quş, 142 pişik və üç it olub. Bildirilib ki, evə ilk girən polis məmuru qəfəsə bağlanmış təxminən 75 toyuq, tovuz və ördəklə qarşılaşıb. Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söylədi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ