RU
ABŞ Qəşm adasında yerləşən İran hərbi obyektinə zərbə endirib
10:40
24

ABŞ Qəşm adasında yerləşən İran hərbi obyektinə zərbə endirib

ABŞ ordusu İran tərəfindən atıldığı iddia edilən raket və dronları ələ keçirdikdən sonra Qəşm adasındakı yerüstü idarəetmə obyektinə zərbə endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X” hesabında məlumat verilib.

"ABŞ qüvvələri 2 iyunda Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq bir neçə ballistik raket və dronu uğurla vurub və özünümüdafiə məqsədilə zərbə endirib", - açıqlamada deyilir.

Məlumata görə, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə çatmayıb. ABŞ ordusu bundan başqa üç dronu da vurduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ