RU
Britaniyada 20 ildən çox davam edən boşanma prosesi başa çatıb
11:00
20

Britaniyada 20 ildən çox davam edən boşanma prosesi başa çatıb

Böyük Britaniyada 20 ildən çox davam edən, ölkə tarixinin ən uzun sürən boşanma işi nəhayət yekunlaşıb.

7News.Az "The Times"a istinadən xəbər verir ki, söhbət Varşa Qohil və Bhadreş Qohil arasında 2002-ci ildən bəri davam edən məhkəmə prosesindən gedir.

Boşanma ərizəsini 37 yaşında ikən verən Varşa Qohil ərini xəyanətdə və qəbuledilməz davranışlarda ittiham etmişdi. 2004-cü ildə tərəflər arasında ilkin razılaşma əldə olunmuş, qadına 270 min funt sterlinq (təxminən 620 min manat) və bir avtomobilin verilməsi qərara alınmışdı. Lakin sonradan Bhadreş Qohilin dünyanın müxtəlif ölkələrindəki şirkətlər vasitəsilə gizli aktivlərə sahib olduğu üzə çıxıb və proses yenidən başlayıb.

Məlumata görə, 2011-ci ildə çirkli pulların yuyulmasına görə 10 il həbs cəzası alan kişinin 28 milyon funt sterlinq (təxminən 64 milyon manat) dəyərindəki aktivləri dondurulub.

İngiltərə və Uels Apellyasiya Məhkəməsi uzun illər davam edən çəkişməyə son nöqtəni qoyub. Qərara əsasən, Varşa Qohilə təxminən 6.6 milyon funt sterlinq (15 milyon manatdan çox) məbləğində kompensasiya ödəniləcək. Məhkəmənin bu qərarı qətidir və şikayət edilə bilməz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ