RU
ABŞ RƏSMISI: RUSIYALI HAKERLƏR 21 ŞTATDA SEÇKI KOMISSIYALARININ SISTEMLƏRINƏ HÜCUM EDIBLƏR
10:03
287

ABŞ RƏSMISI: RUSIYALI HAKERLƏR 21 ŞTATDA SEÇKI KOMISSIYALARININ SISTEMLƏRINƏ HÜCUM EDIBLƏR

ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.

Bunu ABŞ Daxili təhlükəsizlik nazirliyinin kibertəhlükəsizlik və kommunikasiya bölməsinin rəsmisi Janet Manfra bəyan edib.

"Seçki ərəfəsində 21 ştatda seçkilərə aid sistemlərin hücuma məruz qalması ilə bağlı kifayət qədər dəlil-sübutumuz var”, -deyə Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış edən J.Manfra bildirib.

Ştatların adlarını çəkməyən nazirlik rəsmisi qeyd edib ki, həmin ştatların seçki orqanları  kiberhucumlar barədə məlumatlı olub./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ