Ukrayna böhranı həll edilənə qədər ABŞ və AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson ötən gün Kiyevdə Prezident Pyotr Poroşenko ilə keçirdiyi görüşdə səsləndirib.
Tillerson qeyd edib ki, münaqişəyə səbəb olan davranışlar bitənə kimi sanksiyalar ləğv edilməyəcək.
Qeyd edək ki, Ukrayna-Rusiya arasında Donetsk və Luqansk konflikti ikincilərin Minsk razılaşmasına riayət etməməsi səbəbindən gərgin olaraq qalır. axar.az








