RU
“ABŞ Rusiya ilə Türkiyəyə kömək etməyə hazırdır” - Kerri
01:05
470

“ABŞ Rusiya ilə Türkiyəyə kömək etməyə hazırdır” - Kerri

"Rəsmi Vaşinqton Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı cinayət işinin araşdırılmasında Rusiya və Türkiyəyə kömək etməyə hazırdır”.

Bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

"ABŞ baş vermiş qətli qətiyyətlə pisləyir”, - C. Kerri əlavə edib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb./qafqazinfo

 

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ