RU
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
11:10
25

ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.

Şoutrend SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 26-da gəmiyə zərbə endirib. Kəşfiyyat təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qaçaqmalçılığının məlum marşrutları üzrə hərəkət edib və narkotrafik həyata keçirmək üçün istifadə olunub", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kimin xəsarət almadığı SOUTHCOM tərəfindən dəqiqləşdirilib.

Ötən şənbə günü Sakit okeanda narkotacirlərin gəmisinə endirilən zərbə barədə məlumat verilmişdi, o zaman iki nəfər öldürülmüşdü.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ