RU
ABŞ Senatı Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib
20:30
329

ABŞ Senatı Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib

ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir işləyib. 2016-2019-cu illərdə rəsmi Vaşinqtonun Fransadakı səfirinin iqtisadi məsələlər üzrə müavini olub.

K.Kvin diplomatik xidmət ərzində ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik missiyalarında müxtəlif vəzifələrdə çalışıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ