ABŞ senatoru Menendez "Türkiyəyə heç bir F-16 satışına icazə verməyəcəyəm” deyərək, türk əsgərlərinin Kiprdən çıxması lazım olduğunu müdafiə etdi.
7NEWS.az xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri senator Robert Menendez Kiprlə bağlı iştirak etdiyi onlayn tədbirdə Türkiyəyə F-16 satışını dayandırmaq öhdəliyini təzələyib.
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin 39-cu ildönümü ilə əlaqədar 'Kıbrıs Mübarizə Koordinasiya Komitəsi' (PSEKA) tərəfindən təşkil edilən onlayn tədbirdə danışan Menendez, türk ordusunun da 'Kıbrısdan çıxması' lazım olduğunu müdafiə etdi.
7NEWS.az








