RU
ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı
23:00
805

ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı

"ABŞ "Taliban” radikal hərəkatını Əfqanıstan hökuməti kimi tanımağa tələsmir”.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. O bildirib ki, Vaşinqtonun qərarı taliblərin gələcək addımlarından asılı olacaq:

 

"Dövlət başçımızın dünən dediyi kimi, tanımağa tələsmirik. Bu, "Taliban”ın gələcəkdə hansı addımlar atacağından asılı olacaq. Dünya, o cümlədən ABŞ bu addımları izləyəcək”.

Psaki əlavə edib ki, Vaşinqton taliblərin Əfqanıstanda tanınması üçün vaxt cədvəli təyin etməyib./qafqazinfo

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ