7NEWS.az xəbər verir ki, Musk "Twitter Faylları" adı altında 11-ci açıqlamasını müstəqil jurnalist Matt Taibbi vasitəsilə etdi. Taibbinin yazısını paylaşan Musk, "ABŞ səlahiyyətliləri, jurnalistlər və Kanada rəsmiləri də daxil olmaqla 250 min hesabın bağlanmasını tələb etdi" dedi. Jurnalist Taibbi ABŞ Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin (GEC) hesabatının ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) məlumatlarına əsaslandığını vurğulayaraq, bağlanması tələb olunan hesablar arasında rəsmi hesabların olduğunu qeyd edib. Taibbi həmçinin, Twitter-in ABŞ rəsmilərindən bəyənmədikləri insanların hesablarının dayandırılması ilə bağlı bir neçə təəccüblü sorğu aldığını irəli sürüb.
7NEWS.az








