RU
ABŞ Ukraynaya 7,5 milyard dollar yardım edəcək
22:50
241

ABŞ Ukraynaya 7,5 milyard dollar yardım edəcək

"ABŞ Ukraynaya büdcə xərclərinin maliyyələşdirilməsi üçün 7,5 milyard dollar yardım edəcək”.

7NEWS.Az xəbər verir ki, bunu ABŞ-ın Kiyevdəki səfiri Bricet Brink bildiribş

O, əlavə edib ki, ABŞ-dan Ukraynaya daha 7,5 milyard dollar yardım gözlənilir, lakin vəsaitin nə üçün istifadə olunacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, May ayında ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 40 milyard dollarlıq əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. Bu məbləğin təxminən 20 milyard dollarının birbaşa hərbi yardıma ayrılması gözlənilir.

Xatırladaq ki, Ukraynanın Baş naziri Denis Şmıqal aprel ayında bəyan etmişdi ki, Ukraynanın qısa müddətdə ayda 4-5 milyard dollar məbləğində maliyyə yardımına ehtiyacı var.

Ukraynanın maliyyə naziri Sergey Marçenko isə may ayında bildirib ki, Ukraynanın büdcə gəlirlərinin yalnız üçdə biri öz mənbələrindən, qalan hissəsi isə xarici qrantlar və kreditlərdən əldə olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ