RU
ABŞ Ukraynaya 8 “NASAMS” sistemi göndərəcək
21:40
627

ABŞ Ukraynaya 8 “NASAMS” sistemi göndərəcək

ABŞ Ukraynaya 8 ədəd "NASAMS” hava hücumundan müdafiə (HHM) sistemi göndərəcək və Ukrayna onların bir qismini yaxın zamanlarda qəbul edəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu sistemlərin 2-si yaxın zamanda, qalan 6 sistem isə sonrakı mərhələdə Ukraynaya təhvil veriləcək.

Pentaqon Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə sistemləri, o cümlədən "VAMPİRE” sistemi göndərməyi qərara alıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ