ABŞ və Çin arasında Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri səbəbindən kəsilən hərbi danışıqların yenidən başlandığı bildirilib.
7NEWS.az xəbər verir ki, iki ölkənin müdafiə nazirliklərinin verdiyi açıqlamalara görə, 8-9 yanvar tarixlərində Vaşinqtonda 17-ci Çin-ABŞ Müdafiə Siyasəti Koordinasiya Danışıqları keçirilib. Görüşdə ABŞ nümayəndə heyətinə Çin, Tayvan və Monqolustanla bağlı məsələlərə cavabdeh olan müdafiə nazirinin müavini Maykl Çeyz, Çin nümayəndə heyətinə isə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin direktor müavini general-mayor Sonq Yançao rəhbərlik edib.
7NEWS.az








