ABŞ-la İngiltərə bir olub erməni sevdalısı Makronun qələmini sındırmaqla Fransanı 90 mlrd dollarlıq ziyana saldı.
ABŞ-ın Avstraliya və Böyük Britaniya bir olub yeni hərbi ittifaq (AUKUS) yaratması və bunun nəticəsində Avstraliyanın Fransadan dəyəri 90 milyrad dollar həcmində olan 12 sualtı qayığını almasında imtina etdirməsi Parisə qarşı cox ağır zərbə oldu.
Fransa başda erməni sevdalısı Emanuel Makron və onun hökuməti yaradılan yeni hərbi ittifaq və 90 mlrd dollarlıq ziyandan şokdadır. Fransanı daha çox qəzəbləndirən ona qarşı ağır bir maliyyə cəzasının kəsilməsidir. Yəni yaradılan yeni hərbi ittifaq nəticəsində Avstraliyanın ABŞ-ın təklifi ilə Fransa ilə 2016-cı ildə 90 milyard dollar dəyərində 12 nüvəbaşlıqlı sualtı qayıq tikintisi ilə imzalanan müqavilədən birtərəfli qaydada imtina etməsi olub.
Belə ki, yeni yaradılan hərbi ittifaqa əsasən ABŞ və İngiltərə Avstraliyaya sualtı qayıq məsələsində dəstək olacaqlar. Avstraliya ABŞ və İngiltərədən sulatı qayıqlarla bağlı zəmanət verdikdən sonra Fransa ilə müqavilədən imtina etməli olub.
Fransa onilliklər boyunca NATO-da və digər platformalarda müttəfiqlik etdiyi ölkələrin ona qarşı qeyri-səmimi münasibəti, o cümlədən yaradılan yeni hərbi ittifaqı və ona qarşı belə bir addım atılmasını xəyanət kimi dəyərləndirib.
ABŞ və Fransa ilə münasibətlərdəki vəziyyət elə həddə gərginləşib ki, Paris Vaşinqtondakı səfirini məsləhətləşmə üçün geri çağırıb.
Görünən odur ki, Fransa ilə ABŞ arasındakı münasibətlər elə də hamar olmayacaq və bu gərginlik getdikcə daha da dərinləşəcək./olke
7NEWS.Az








