Sənəd imzalanıb.
Rusiya və ABŞ Suriyada atəşin fevralın 27-dən dayandırılmasına dair razılşma imzalayıblar.
Bu barədə Reuters agentliyi Qərb diplomatik dairələrindəki mənbələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, razılığın mətnində İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşması istisna olunub.
Fevralın 21-də Rusiya XİN rəhbəri Seqey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri gün ərzində 3 dəfə Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər./oxu
7news.Az








