Venesuela adından "Türkiyədən qızıl müqabilində ərzaq almağa" dair razılaşmalarda iştirak etdiyi iddia edilən Aleks Saab ABŞ və Venesuela arasında əsir mübadiləsi çərçivəsində azad edilib.
7NEWS.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ və Maduro administrasiyası arasında əldə olunan razılaşmaya əsasən Venesuelada həbsdə olan 10 amerikalı azad edilib. ABŞ və Venesuela arasında əsir mübadiləsində Venesuela prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab 10 Amerika vətəndaşı ilə dəyişdirilib.
7NEWS.az








