Abşeronda 46 yaşlı kişi naməlum şəraitdə güllə xəsarəti alıb. Hadisə Mehdiabad qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Şeydayev Sahib Əhməd oğlu güllə xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.