RU
Ağcabədidə həkim qətlə yetirilib
14:21
1366

Ağcabədidə həkim qətlə yetirilib

Hadisənin təfərrüatları bəlli oldu.

Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyiti qonşuları tərəfindən aşkarlanıb.   

Oxu.Az-ın xəbərinə görə, Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil  Mehrəliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər.

“Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində  olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”, - deyə K.Mehrəliyev bildirib.

Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.

O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalır. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

11:59

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

7News.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.

Məlumata görə, rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.

Mərhum evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.

Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ