İstanbulda BMT-nin Dünya Humanitar Sammiti işini davam etdirməkdədir.
7News.Az bildirir ki, BMT tarixində ilk dəfə təşkil olunan sözügedən sammit İstanbul Konqres Mərkəzində keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi toplantıda 60-a qədər dövlət və hökumət başçısı qatılıb. Əvvəlcə Sammitin ilk proqramı olan nahar yeməyində bir araya gələn qonaqlar, daha sonra ailə şəkili çəkdiriblər.
Almaniya kansleri Angela Merkelin də qatıldığı foto çəkilişində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Pan Gi Mun yan-yana dayanıb. Foto şəkilişinin ardından liderlər Dünya Humanitar sammitinin açılış proqramına gedib. Toplantını açılış nitqi ilə çıxış edən Ərdoğan, dünyanı bürüyən humanitar fəlakətlərə toxunub.
“Acının dini, irqi, rəngi olmaz” - deyən Türkiyə lideri ölkəsinin dünyanın əksər dövlətlərinə humanitar yardımlar göndərdiyini bildirib. İraq və Suriyadakı humanitar vəziyyətlərə də toxunan Türkiyənin dövlət başçısı bütün ölkələri münaqişələrin həll olunması, yenilərinin baş verməməsi və ümumiyyətlə humanitar fəlakətlərin qarşısının alınması üçün səy göstərmələrini xahiş edib.








