Mətbuatda Cəlilabad rayonunda 10-11 yaşlı uşaqların polis tərəfindən saxlanılması barədə yazılanlar həqiqəti əks etdirmir
Bu barədə 7news.Az-a Cəlilabad polisindən məlumat verilib. Bildirilib ki, həmin uşaqlar Biləsuvar bazarından çörək və qənd oğurlayaraq Cəlilabadın "İran bazarı" adlanan bazarında bir qadına satıblar. Müstəntiq də onları bu səbəbdən "İran bazarı"na gətirib:
"Hadisə bir həftə əvvəl Biləsuvarda baş verib. Sadəcə, o uşaqlar oğurladıqlarını gətirib "İran bazarı"nda satıblar".
Xatırladaq ki, sosial şəbəkələrdə və saytlarda uşaqların həbsinə səbəb kimi onların çörək və qənd oğurlaması və bu əməllərini aclıqla əlaqələndirdiyi qeyd olunur.
7news.Az








