RU
Aclıqdan ölməsin deyə uşaq evinə verildi, 3 ay sonra... - FOTO
14:50
572

Aclıqdan ölməsin deyə uşaq evinə verildi, 3 ay sonra... - FOTO

Dayısı qızını axtaran Zeynalova Məhəbbət Atv-nin efirində yayımlanan "Bizimləsən” proqramına müraciət edib. O bildirib ki, dayısı qızı Soltanova Heyvagül Səlim qızı müharibə dövründə itkin düşüb: 

"Dayım qızı İsmayıllı rayon Müdri kəndindən olub. Onun atasını və evlərində olan bütün kişiləri müharibəyə aparıblar. 1943-1944-cü illərdə təxminən 6 yaşında olarkən bibisi Heyvagülünü aclıqdan ölməsin deyə Mican kəndində uşaq evinə qoyub.

Onunla birlikdə iki bacısı Səlimə və Rəhimə də orada olub. Bibisi 3 ay sonra onu götürmək üçün getsə də, bildiriblər ki, Heyvagülü Şəkiyə yollayıblar. Müharibə və aclıq dövri olduğundan Şəkiyə gedə bilməyiblər". 

Məhəbbət xanım bildirib ki, uşaq evinə yolu düşən olanda anam onlara qoşulub Heyvagülünə baş çəkmək üçün gedərmiş: 

" Anam o vaxtı 12 yaşında olub. Müharibə olduğundan demək olar ki, heç bir evdə kişi olmayıb. Hamısı müharibədə olub. Tək və köməksiz olan anam da aclıq dövrü olduğundan Heyvagülünü axtarmaq üçün Şəkiyə gedə bilməyib”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ