ABŞ-da, Nyu-York yaxınlığında limuzin qəzaya düşüb. Belə ki, limuzin iri mağazanın qarşısında park edilmiş avtomobilə çırpılıb. Nəticədə 20 nəfər dünyasını dəyişib.
Ölənlər arasında 4 bacı və onların ərləri də var. Cütlüklərdən biri bu yaxınlarda ailə qurmuşdu.
Limuzindəkilər digər tanışlarının 30 yaşı tamam olması münasibəti ilə ad gününə gedəndə qəzaya düşüblər.
Qəza ölü sayısına görə son onilliyin ən dəhşətli qəzası hesab olunub.










7News.Az








