Ağdam rayonunda 16 yaşlı oğlan qonşusunu bıçaqlayıb.
Rayonun Baharlı-2 qəsəbəsində məskunlaşmış 1995-ci il təvəllüdlü Əkbər Eyvazov sol budunun kəsilmiş-deşilmiş yarası ilə Ağdam rayon Xəstəxanasına yerləşdirilib.
Ağdam rayon Polis Şöbəsindən bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. Ə. Eyvazov qonşusu, 2000-ci təvəllüdlü Məmmədov Nurlan Cəsarət oğlu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır./apa
7News.Az








