RU
Ağdaş sakinindən “patı” götürülüb
19:20
1462

Ağdaş sakinindən “patı” götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin ("patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

7NEWS.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ