Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.
Hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.
Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə "QAZ-53” markalı yük maşını Qəbələ sakininin idarə etdiyi "VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb.
Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
Hazırda yanğın söndürülür.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır./report
7news.Az








