RU
Ağdaşdakı kanalda iki yeniyetmə qızın meyiti tapıldı:  - YENİLƏNİB
18:10
210

Ağdaşdakı kanalda iki yeniyetmə qızın meyiti tapıldı: - YENİLƏNİB

Ağdaşda suvarma kanalında boğulan iki yeniyetmə qızın intihar etdiyi ehtimal olunur.

Bu barədə 7NEWS.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd edilib ki, ilkin məlumata görə, yeniyetmə qızlar birlikdə sözləşərək suvarma kanalına gediblər və özlərini suya atıblar.

 


16:47

6 sentyabr 2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan iki yeniyetmənin axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ