RU
Adel 40 milyonluq təklifdən imtina etdi
12:40
433

Adel 40 milyonluq təklifdən imtina etdi

Dünyaca məşhur müğənni Adel 40 milyon sterlinqlik təklifi rədd edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki,45 kiloqram arıqlayan müğənniyə ard-arda reklam təklifləri gəlsə də, o heç birini qəbul etməyib.

Qeyd edək ki, "Saturday Night Live" verilişində aparıcılıq edən  sənətçi görünüşü ilə bağlı "Son görüşümüzdən sonra çox dəyişdiyimi bilirəm. Əslində, bütün "COVİD" məhdudiyyətləri və səyahət qadağaları səbəbilə bədənimin yarısını gətirə bilmişəm" - deyə zarafat edib.  

Xatırladaq ki, müğənni ötən il həyat yoldaşı Simon Koneckidən boşanıb, bundan sonra o sürətlə kilo verməyə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ