Suriya ordusuna məxsus hərbi təyyarələr ötən gün İdlib şəhərində yerləşən qaçqın düşərgəsini hədəf alıb.
7News.Az xəbər verir ki, çadır düşərgəsinin bombalanması nəticəsində azı 28 nəfər həlak olub, daha 42 sakin yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Müxalif mənbələrin məlumatına görə, hadisə zamanı ölənlərin əksəriyyəti qadın və uşaqlardır.








